Toy adət-ənənələrimizi dəstəkləyən yeni elektron terminallar və proqram təminatı tərtib edilib

Toylarda pul yığımının adət etdiyimiz kimi deyil, elektronlaşdırlmış yeni üsulla həyata keçirən aparat barədə sosial şəbəkələrdə paylaşım edilib.

TIME Trend-ə istinadən bildirir ki,  yeni “TOYPAY” adlı elektron terminallar və proqram təminatı toy məclislərində hədiyyə ödənişlərin yığımını asan şəkildə həyata keçirməyin müasir üsuludur.

“Şirkətin təqdim etdiyi xidmət şadlıq sarayı vasitəsilə toy sahiblərinə elektron terminalların icarəsini həyata keçirməyə imkan verir. Terminal seçimi toy sahibindən aslı olacaq. Məcbur deyil. Restoranlar belə bir aparatı bir toy üçün 200 manata kirayələyə bilər. Terminallar manatla yanaşı dollar və avro da qəbul edəcək”? – deyə şirkətin direkoru Elşən Quliyev qeyd edib.

E.Quliyev bildirib ki, “Toypay” ilə pul yazdırmaq istəyən qonaq, terminalın ekranında dil seçimini edir, ad, soyadını və qeyd bölməsini doldurur, təbriklərini qeyd etdikdən sonra məbləği daxil edir və çek əldə edir. Bu anda ev yiyəsinə email ilə bildiriş göndərilir ki, filan şəxs sizin toyunuza bu məbləğdə (məsələn 200 AZN – red) pul yazdırdı. Toy bitdikdən sonra isə ev yiyəsi rahat bir şəkildə bütün məlumatları təhvil alır və artıq saymağa ehtiyac olmadan sonda nə qədər məbləğin toplandığını bilərək həmin məbləği terminalın seyfindən əldə edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma