Rəşad Nəbiyev yeni qanun layihəsi, ucuz internet və infrastrukturun təkmilləşdirilməsi planlarını açıqlayıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda konfransda yeni qanunlayihəsi, internetin ucuz olacağı bölqələrdən, Bakıda və reqionlarda internet infrastrukturunun təkmilləşdirilməsi planlarından bəhs edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi digər dövlət strukturları ilə birgə kiçik və orta biznesin və informasiya texnologiyaları sahəsinin inkişafının sürətlənməsi üçün qanun layihəsi hazırlayacaq.

bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, bu işlər çərçivəsində IT-nin kiçik və orta biznes sahəsində rolunu müəyyənləşdirmək planlaşdırılır.

“Bu işlər Nazirlər Kabineti səviyyəsində aparılır. Yəqin ki, mövcud qanunvericiliyə dəyişikliklər ediləcək və ya yeni qanun layihəsi hazırlanacaq. Bu işlər kiçik və orta biznesin və informasiya texnologiyaları sahəsinin inkişafının sürətlənməsinə xidmət edəcək”, – nazir deyib.

Azərbaycanlı sahibkarların təxminən 60 faizi yeni biznes modellərin yaradılmasına və innovasiyaların inkişafına investisiya qoyub.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal transformasiya çərçivəsində IT mütəxəssislərinin, kadr potensialının hazırlanması üzrə işlər aparılır.

Nazir, həmçinin sahibkarların bu prosesdə fəal iştirakını müsbət qiymətləndirib.

“Azərbaycanda sahibkarlarımız tərəfindən yaradılan əlavə dəyər 99 faizdən çoxdur. Digər ölkələrdə isə bu göstərici 13 faizə bərabərdir. Bu onu göstərir ki, azərbaycanlı sahibkarlar innovasiyaların və öz texniki bazalarının inkişafına vaxtında yatırım edib”, – R.Nəbiyev deyib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2022-ci ildən “Aztelekom” və “Baktelecom”la birgə Bakıda və regionlarda internet infrastrukturunun yaradılmasına investisiya qoymağa başlayıb.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, 2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi yüksəksürətli internetlə təmin ediləcək.

“Bu infrastrukturun yaradılmasına investisiyalar dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm nazirliyimiz tərəfindən, həm də “Aztelekom” və “Baktelecom” vəsaitləri hesabına qoyulur”, – deyə nazir bildirib.

2024-cü ilin sonunadək bütün Azərbaycan ərazisini internetlə təmin etmək planlaşdırılır. Alıcılıq qabiliyyətinin aşağı olduğu bölgələrdə internet tarifləri aşağı olacaq.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Nazir bildirib ki, bu gün Azərbaycan bazarında internet xidmətləri göstərən 60-a yaxın şirkət var. Həmin provayderlər əhalinin internetlə təmin olunması ilə yanaşı, həmçinin əlavə mənfəət gətirən layihələrə də diqqət ayırırlar.

“Bildiyiniz kimi, 2024-cü ilin sonunadək bütün Azərbaycan ərazisini internetlə təmin etmək planlaşdırılır. Alıcılıq qabiliyyətinin aşağı olduğu bölgələrdə internet tarifləri aşağı olacaq, itkilər isə “Aztelekom” və “Baktelecom”un vəsaitləri hesabına qarşılanacaq. Şirkətlərin kapital balansına dəstək üçün dövlət subsidiyaları nəzərdə tutulur”, – deyə nazir bildirib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma