Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası keçiriləcək

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası yaxın zamanlarda keçiriləcək, həmçinin, bu həftənin sonuna kimi XİN xətti ilə Bakıda təmasların keçirilməsi planlaşdırılır.

TIME Trend-ə istinadən bildirir ki,  bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Azərbaycan və Ermənistan tərəfləri ilə yaxın zamanlarda üçtərəfli işçi qrupunun növbəti iclasının keçirilməsi razılaşdırılıb. Sərhəd məsələlərinə gəldkdə isə bu həftənin sonuna kimi Bakıda XİN xətti ilə təmaslar planlaşdırılır”, – deyə o bildirib.

M.Zaxarova əlavə edib ki, Rusiya tərəfi Azərbaycanla Ermənistanın bir-birinə doğru addımlamağa hazır olduğunu qeyd edir, ən yüksək səviyyədə bu məsələ ilə bağlı üçtərəfli təmaslar hazırlanır.

Leave a Reply Cancel reply