Azərbaycan Baş Prokurorluğunun Kadrlar idarəsinin prokuroru Elmir Paşazadə #prokurorluqdanizah rubrikasında “Prokurorluq orqanlarında dövlət qulluğu vəzifələrinə işə qəbul hansı qaydada həyata keçirilir?” sualını cavablandırıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, video-izahda prokurorluq organlarında fiziki imkanları məhdud olduğu haqda məhkəmə qərarı olan, keçmişdə məhkum olan, tabeliyində olduğu dövlət quluqçusu ilə yaxın qohumluğu olan, barəsində tibbi xarakterli tədbirlərin görülməsi haqda məhkəmə qərarı olan şəxslər dövlət qulluğuna qəbul edilə bilməz. İşə qəbul müsabiqə və müsahibə əsasında həyata keçirilir.