Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi haqqında ərizə”nin tərtib olunması və göndərilməsi barədə video təlimat hazırlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi haqqında ərizənin tərtib edilməsi üçün e-taxes.gov.az saytına daxil olaraq “Giriş” bölməsinə keçmək, Dövlət Vergi Xidməti tərəfindən verilən istifadəçi kodunu, parol və şifrəni və ya gücləndirilmiş elektron imza vasitəsi ilə sistemə daxil olmaq lazımdır. Məlumatları daxil etdikdən sonra “Bölmə” xanasında “Online kargüzarlıq və e-VHF” seçərək sistemə daxil olursunuz.
Yeni səhifəyə keçdikdə sistemin menyusunda “Yeni müraciət” bölməsini seçmək lazımdır və “Kimə” sözlərinin önündə “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” yazmaq, “Müraciətin növü” siyahısında “Ərizə”, “Sənədin növü” siyahısında isə “Fiziki şəxsin məlumat dəyişikliyi” seçmək və “Qəbul” düyməsini sıxmaq lazımdır.
Növbəti mərhələdə açılan ərizə formasında Fiziki şəxsin identifikasiya məlumatları artıq avtomatik müəyyən edilir, fiziki şəxs əlaqə məlumatlarını və fəaliyyət növünü dəyişmək istədiyi halda müvafiq xanaları seçərək məlumatları yeniləyir və irəli düyməsini sıxır.
Yeni səhifədə daxil edilən məlumatların yoxlanılması üçün təsdiqləmə ekrana gəlir və istifadəçi məlumatların düzgünlüyünü təsdiq etmək üçün “Qəbul” düyməsini sıxır, əks halda isə “İmtina” düyməsini sıxaraq düzəliş edib yenidən düzlişləri təsdiq edir.
Növbəti mərhələdə ekrana məlumatların qəbul edilməsi haqda bildiriş çıxır, bildirişi “Çap” düyməsi vasitəsi ilə kağızda çap etmək mümkündür. Fərdi sahibkar tərəfindən göndərilən elektron ərizə onun “Göndərilənlər” qovluğunda əks olunur.
Sonda “Bağla” düyməsi sıxılır və bununlada ərizə tamamlanmış hesab olunur.