Bakının qəzalı binalar problemi yaxın aylarda həll olunacaq

Bakının bir çox ərazilərində qəzalı vəziyyətdə olan binalar var, hazırda onların sayı 1000-ə yaxınlaşır.

TIME bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mətbuata açıqlamasında onuda deyib ki, bunlar sovet dövründə tikilən binalardır: “Bütün rayonlarda az-çox bu cür qəzalı vəziyyətdə olan binalar mövcuddur. Bu məsələni daha dərindən öyrənmək məqsədilə artıq komissiya yaradılıb və bir ay ərzində rayon icra hakimiyyətinin fəal iştirakı ilə onlar məlumatı toplayıb bizə təqdim etməlidirlər. Nə az nə çox qəzalı vəziyyətdə olan binaların sayı 1000-ə yaxınlaşır. Orta hesabla hər binada 100-200-ə qədər ailə məskunlaşır. Bu məsələ bu gün kəskin olaraq gündəlikdə durub. Baxmayaraq ki, son illər Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu binaların sayı 30% azalıb, yenədə qəzalı vəziyyətdə olan binaların sayı çoxdur. İlkin olaraq kritik vəziyyətdə olan qəzalı binalardan başlamalıyıq”, – deyə o əlavə edib.

Komissiya Bakıda qəzalı vəziyyətdə olan, istismar müddəti bitmiş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görəcək.

E.Əzizov qeyd edib ki, qəzalı binaların inventarizasiyası aparılır: “Bu binalar kateqoriyalara bölünəcək. Birinci növbədə informasiya bankını yaratmalıyıq. Daha sonra nəticələr təhlil olunacaq”.

E.Əzizov ilkin mərhələdə hansı ərazilərdə qəzalı binaların bərpasının və ya sökülməsinin nəzərdə tutulmasına da aydınlıq gətirib:

“Komissiya bölünüb və bütün 12 rayonda da bu inventarizasiya işləri gedir. Aparılan işlərin yekunlarına əsasən dövlətə səviyyəsində məsələ qaldırıb, həllinə çalışacağıq”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında aparıcı beynəlxalq şəhərsalma şirkətlərinin və aidiyyəti yerli qurumların ekspertlərinin iştirakı ilə hazırlanmış Bakının Baş planın ilkin layihəsi Komitənin rəsmi internet saytının ana səhifəsinin “Bakının baş planı” adlı bölməsində təqdim edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma