“Azərsun Sənaye Parkı”-nın ərazisində yanğın baş verib – VİDEO

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “Azərsun Sənaye Parkı”-nın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hadisə yerinə yanğınsöndürən maşınlardan əlavə, 2 helikopter cəlb edilib.

“Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.

Əlavə məlumat veriləcək.

Leave a Reply