Rusiyada çalışan Azərbaycan vətəndaşlarının oradakı sığorta stajı əsasında pensiya hüququ tanınacaq

Azərbaycanla Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

Sənədi hər iki ölkənin baş nazir müavinləri, Komissiyanın həmsədrləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.

Xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcək pensiya və sosial sığortalanma üzrə digər hüquqlarının tanınmasını təmin etmək məqsədilə həmin ölkələrlə müqavilələrin bağlanması prioritet fəaliyyət istiqamətlərindən biridir.

Yeni imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” iki ölkə arasında pensiya təminatı sahəsində əlaqələri tənzimləyir. Sənəd Azərbaycan və Rusiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması, qorunması mexanizmlərini müəyyən edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma