Mikayıl Cabbarov: Pandemiyadan zərər çəkmiş sahibkarlara 22 milyon manat subsidiya ödənilib

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində subsidiyalarla bağlı paylaşım edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6.290 müraciətdən 5.010-u üzrə müsbət qərarlar qəbul edilib: “Təsdiqlənmiş subsidiyanın ümumi məbləği 69,4 mln. manat olub”,- deyə nazir qeyd edib.

https://platform.twitter.com/widgets.js

M. Cabbarov bildirib ki, 2020-ci il iyun ayından bu il aprelin 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi layihəsi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 22 milyon manat subsidiya ödənilib.

https://platform.twitter.com/widgets.js

Nazirin sözlərinə əsasən, bu ilin əvvəlindən sahibkarlara dövlət dəstəyi çərçivəsində 368 layihənin maliyyələşdirilməsinə 13,3 milyon manat güzəştli kredit verilib və 344 yeni iş yerinin yaradılmasına imkan yaradılıb.

https://platform.twitter.com/widgets.js

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma