Bu il fitrə zəkatı nə qədər olmalıdır? – AÇIQLAMA

Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki,  bu il Ramazan bayramı mayın 2-nə təsadüf edir və bayram namazına qədər evdən fitrə zəkatı çıxarılmalıdır.

Onun sözlərinə görə, fitrə zəkatını buğda, arpa, xurma, kişmiş, düyü və qarğıdalı kimi məhsullardan, eləcə də pul şəkilində vermək olar.

“Belə ki, ailədə hər adambaşına 3 kiloqram bu məhsullardan fitrə zəkatı verilə bilər. Lakin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən fitrənin pul şəkilində çıxarılması tövsiyə olunur. Bu il üçün isə bu zəkatın ortalama olaraq ailə üzvü hesabına 10-15 manat fitrə çıxarılması məqsədəuyğundur”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma