Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanununu imzalayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qanuna əsasən, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti və 2019-cu il noyabrın 22-də Şarm-əl-Şeyx şəhərində imzalanmış Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilir.