Xüsusi komissiya qəzalı binaların siyahısını hazırlayır

Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb.

TIME Trend-ə istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinın başçısının müvafiq Sərəncamına əsasən yaradılan komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib.

Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanması təmin edilməsi tapşırılıb.

Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb.

Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma