Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısında olub-olmaması haqda məlumat əldə etmək üçün axtarış proseduru haqda video çarx hazırlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunun üçün taxes.gov.az saytının “Elektron xidmətlər” alt bölmsinə keçərək “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə keçmək tələb olunur. Açılan pəncərədə VÖEN xanasına vergi ödəyicisinin VÖEN-i daxil edilir və yoxla düyməsi basılır və məlumat əldə edirlər.