Şuşa və Ağdam istiqamətində biletlərin online satışı təşkil edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə istifadəyə verdiyi müntəzəm avtobus reyslərinə may ayına olan biletlər satışa çıxarılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib.

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. May ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər edə biləcəklər.

Avtobus marşrutlarının may ayı üçün hərəkət cədvəli

MarşrutMay ayı üzrə səfər günləri
Bakı – Şuşa – BakıCümə axşamı, çümə, şənbə və bazar
Bakı – Ağdam – BakıŞənbə, bazar
Əhmədbəyli – Şuşa– ƏhmədbəyliBazar ertəsi, çərşənbə axşamı, çərşənbə
Bərdə – Ağdam – BərdəÇərşənbə axşamı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma