Rusiya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində layihələrin reallaşdırılmasına maraq göstərir

Rusiya ilə Azərbaycan arasında sənaye, nəqliyyat və logistika sahələrində əməkdaşlıq genişləndirilir.

TIME  bildirir ki, baş nazirin müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında, Rusiya şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində layihələrin reallaşdırılması üçün 17 müraciət təqdim etdiyini deyib.

Onun sözlərinə görə, Rusiya şirkətlərinin Azərbaycanda sənaye parklarında layihələrdə iştirakı üçün yaxşı perspektivlər var: “Cəbrayıl rayonunda sənaye parkında “KamAZ” şirkətinin zavodunun tikintisi davam edir. Zavodun tikintisinin 2022-ci ilin iyulunda başa çatması planlaşdırılır. Eyni zamanda, ölkələr arasında yeni investisiya layihələri üzrə danışıqlar aparılır”.

Dövlət rəsmisi bildirib ki, ölkələr arasında avtomobilı nəqliyyatı ilə daşımaların sürətlə artması dövlət sərhədində keçid məntəqələrinin təkmilləşdirilməsi məsələsini aktuallaşdırır: “Biz Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına böyük əhəmiyyət veririk. Layihənin tam gücü ilə işə salınması regionun inkişafına, ticarətin, tranzitin artımına xidmət edəcək. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatından nəqliyyat kommunikasiyalarının açılması və yeni infrastruktur marşrutların yaradılması üçün yaxşı imkanlar ortaya çıxır”.

Baş nazirin müavini əlavə edib ki, Rusiya-Azərbaycan sərhədində keçid məntəqələrinin işinin sinxronlaşdırılması üzrə işlər davam edir.

O xatırladıb ki, Rusiya Azərbaycana mineral gübrə və taxıl bitkiləri tədarükçüsüdür.

“2021-ci ildə Rusiyadan Azərbaycana 1,15 milyon ton buğda tədarük edilib, bu ilin birinci rübündə isə biz Rusiyadan iki milyon tona yaxın gübrə əldə etmişik. Gələcəkdə Azərbaycan bu tədarük həcmlərinin artacağına ümid edir”, – Ş.Mustafayev deyib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma