İlon Mask “Twitter”-i planlaşdırdığından daha baha alıb

Amerikalı ixtiraçı-biznesmen İlon Mask “Twitter” sosial şəbəkəsini düşündüyündən daha baha qiymətə alıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İlon Mask Twitter-in hər bir səhminə 54,2 dollar təklif etdiyi halda sonda sosial şəbəkə üçün 44 milyard dollar ödəyib, yəni 1 milyard dollar daha çox.

İlkin qiymətlə razılaşma olacağı təqdirdə bütün Twitter-in dəyəri təxminən 43 milyard dollar olacaqdı lakin təklif səsləndiriləmndən sonra sosial şəbəkənin hər bir səhminin dəyəri 18% bahalaşıb.

İlon Mask hadisə ilə bağlı paylaşımdabildirib ki, “Twitter”i həmişəkindən daha yaxşı etmək istəyir:

https://platform.twitter.com/widgets.js

“Azad söz fəaliyyət göstərən demokratiyanın təməl daşıdır, “Twitter” isə bəşəriyyətin gələcəyi üçün vacib olan məsələlərin müzakirə edildiyi rəqəmsal şəhər meydanıdır. Mən “Twitter”i, yeni funksiyalarla təkmilləşdirmək, inamı artırmaq üçün alqoritmləri açıq mənbə etmək, spam botlara qalib gəlmək və bütün insanları autentifikasiya etməklə, həmişəkindən daha yaxşı etmək istəyirəm. “Twitter”in böyük potensialı var. Şirkət və istifadəçilər birliyi ilə çalışıb onun kilidini açmağı səbirsizliklə gözləyirəm”.

Leave a Reply