Hepatit virusu ilə bağlı xəbərdarlıq və əlamətlər

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, Avropa və ABŞ-da uşaqlarda yayılan mənşəyi məlum olmayan hepatit virusuna indiyə qədər 11 ölkədə yoluxma halı aşkarlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının səhiyyə qurumları tərəfindən respublika ərazisində epidemioloji vəziyyət dərhal araşdırılıb. Nəticələrə əsasən, indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb: “Vətəndaşların nəzərinə çatdırırıq ki, respublika ərazisində vəziyyət diqqətlə izlənilir və nəzarət altındadır. Əhaliyə təşvişə düşməmək, lakin profilaktik tədbirlərə, xüsusən adi gigiyena qaydalarına riayət etmək, o cümlədən əllərin tez-tez yuyulması, xəstə insanlarla (asqırma, öskürmə və s. əlamətləri) təmasdan çəkinmək, habelə, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir. Valideynləri və uşaqlara qayğı göstərən digər şəxsləri hepatitin simptomlarından xəbərdar olmağa və hər hansı narahatlıqla bağlı tibb işçiləri ilə əlaqə saxlamağa çağırırıq”, – deyə qurumun məlumatında qeyd edilib.

Onuda bildirməliyik ki, hepatit – olduqca yoluxucudur. Sağlam insan bu xəstəliyi daşıyan bir insanla eyni qida və ya su istifadə etdiyi zaman yoluxa bilər.

Hepatitin növümdən asılı olaraq aşağıdakı kimi əlamətləri olur:

  • Ürək bulanması, qusma, ishal
  • Şiddətli iştahsızlıq
  • Mədə – bağırsaq şikayətləri
  • Qarnın üst bölgəsində ağrı
  • Yorğunluq

Tək Hepatit – A-da 38 dərəcəyədək yüksək temperaturla yanaşı (influenzadakı kimi) oynaq ağrıları da əmələ gəlir. Temperatur, ümumiyyətlə sarılığın ilk bir neçə günündə normala dönür.

Virual Hepatitlərin ən tipik əlamətləri:

  • Göz ağının, dəri və mukoz membranların saralması,
  • Sidiyin rənginin tündləşməsi,
  • Nəcisin rənginin açılmasıdır. Xəstəliyin başlanğıcından 2 – 3 həftə sonra nəcisin rəngi normala dönər. Bir və ya iki həftə sonra qaraciyər böyüyə bilər və sarılıq görülə bilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma