Bakıda rep festivalı keçiriləcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, 28 mayda baş tutacaq tədbirdə bir-birindən tanınmış reperlər səhnə alacaq.
Gecədə Elşad Xose, Paster, Aslıxan, Xpert, Okaber, Ruzgar, Rio və Saybu Swag hit mahnılarını səsləndirəcək. Festivalda çıxış edəcək DJ-lər MC Remo, DJ TIM və DJ AX tədbirə rəng qatacaqlar.
Tədbir Elektra Eventsin Hallda baş tutacaq. Konsertə giriş 30 manatdan başlayır.