Ərzaq tədarükü necə yaradılmalıdır?

İşgüzar insanlar üçün gündəlik bazarlıq kimi vaxt aparan və yorucu bir iş əlavə problemdən başqa bir şey deyil. Ailənizdə bir köməkçiniz varsa siz bir çox iaşə problemlərindən azad olursunuz, bəs olmadığı halda ne etməlisiniz? Həftəiçi iş günündən sonra tələsik və bəzən daha çox məsrəfli və keyfiyyətsiz bazarlıq etməkdənsə ərzaq tədarükünü düşünülmüş şəkildə və pulunuza qənaet edərək edə bilərsiniz.

TIME bildirir ki, internetdə və real təcrübədə keçirdiyi araşdırmanın nəticələri əsas verirki aşağıda təqdim etdiyimiz tövsiyyələri nəzərə almaqla vaxtınıza və pulunuza qənaət edərək ərzaq tədarükünü təşkil edəsiniz.

1.İstəklərinizi və imkanlarınızı təhlil edin

İlk növbədə hansı müddətə bazarlıq edəcəyinizi, əsasən hansı yeməklərə üstünlük verdiyinizi və mövcud olan büdcənizdən qida məhsullarına və təmizlik vasitələrinə ayıracağınız vəsaitlərinizi müəyyən etməlisiniz. Çalışın rasionunuzda balansı qoruyub saxlaya biləsiniz, tədarük etdiyiniz məhsulların çeşidində çoxluğu sizin üstünlük verdiyiniz məhsullar təşkil etməlidirlər. Belə ki, siz qarabaşaq sevmirsinizsə və onu ayda 1-2 dəfə hazırlayırsınızsa, aldıqdada bu proporsiyanı saxlamağa çalışın.

2. Reklam və marketinq tələlərinə hazır olun

Bunun üçün alış-verişə çıxmadıqdan öncə yaxınlığınızda olan supermarketlərin sosial şəbəkələrdə ki, hesablarını nəzərdən keçirin, qiymətləri təhlil edin, kampaniyaları müqayisə edin və alacağınız məhsulların harada daha ucuz satıldığını öyrənin. Bu proses ilkin mərhələdə 30 dəqiqə ətrafında vaxt tələb etsədə, sonra daha rahat olacaq, çünki siz artıq cibinizə və tələbatınıza görə marketi müəyyən edəcəksiniz. Bazara və ya marketə getdikdə çalışın yemək yeyib gedin, çünki əks halda siz beyninizlə deyil mədənizlə idarə ediləcəksiniz və marketlərdə mövcud olan cəlbedici şirniyat, kolbasa və s. qoxulara reaksiya verərək əslində vacib olmayan və nəzərdə tutulmayan məhsulları alacaqsınız.

3. Siyahı tutun

Siyahı tutmaq və bazarlığınızı aylıq, həftəlik və gündəlik alınan məhsullar səbətinə bölməyiniz tövsiyyə olunur. Bu qaydanı uzun müddət ərzaq ehtiyatı toplamaq üçündə istifadə edə bilərsiniz.

Aylıq bazarlıq siyahısına ən gec korlanan məhsulları daxil edin. Bu siyahıya un, makaron məmulatları, qarabaşaq, düyü növləri, bulqur, şəkər tozu və şəkər, duz, ədviyyalar, bitki və şit yağları, təmizlik üçün vasitələr və s. buna oxşar məhsullar daxildir.

Həftəlik bazarlıq siyahısına ət məhsulları, balıq, yumurta, pendir, meyvə, tərəvəz, şirniyyat daxil edə bilərsiniz.

Gündəlik bazarlıq siyahısına isə çörək, qatıq, süd, kəsmik, pomidor göyərti və digər tez korlanan məhsulları daxil edə bilərsiniz.

4. Sağlamlığınızı üşünün

Ucuzdur deyə məhsul almayın, məhsulun qiymət/keyfiyyət nisbətinə görə daha uyğun olanını alın. Çalışın rasionunuz çeşili olsun, menyunuzda aşağıdakılar mütləq olmalıdır:

  • Protein mənbələri. Onlar bitki (hər hansı paxlalı bitki) və ya heyvan (balıq, ət, süd məhsulları) ola bilər.
  • Taxıllar. İdeal olaraq, qəhvəyi düyü, qarabaşaq yarması, xırdalanmış və quinoa kimi bütün taxıllar.
  • Tərəvəz və meyvələr. ÜST Sağlam Pəhriz/Ümumdünya Səhiyyə Təşkilatına gündə ən azı 400 qram meyvə və tərəvəz (kartof istisna olmaqla) yeməyi tövsiyə edir.
  • Doymamış yağlar. O cümlədən bitki yağı, qoz-fındıq və toxum.

5.Kampaniyalardan fayalanın

Bəzi hallara “çox ucuzdur” prinsipindən istifadə edin və aylıq bazarlıq etdikdə “1 + 1 = 3” və ya “2 + 1 = 4” promouşenlərinə diqqət yetirin, lakin tez xarab olmayan məhsulları bu şəkildə almaq daha yaxşıdır: onlarla birlikdə yeməyin son istifadə tarixindən əvvəl xarab olma riski azdır.

6.Məhsulları çəki ilə alın

Çərəzləri, meyvə-tərəvəzi, şirniyyatı çəki ilə alın, çünki hazır qablaşdırmalarda aldıqda onlar daha baha başa gəlir. Eyni zamanda, siz artıq tələbatınıza görə məhsul çəkdirəcəksiniz və qablaşdırmaya görə əlavə pul ödəməyəcəksiniz.

7. Qida məhsullarını düzgün yerləşdirin

Mətbəxinizdə ayrı-ayrı məhsulların saxlanılması üçün xüsusi qablar və yerlər ayırın ki, onlar vaxtından öncə korlanmasın və əlinizin altında hazır vəziyyətdə olsunlar. Belə ki, məhsulları kateqoriyaya görə çeşidləyin. Şkafın bir hissəsində taxılları, digərində konservləri, üçüncüsündə ədviyyatları yerləşdirin. Onları istifadədə intensivliyə görə iş masanıza və ya sobanıza yaxın və ya uzaqda saxlayın. Ət məhsullarını əvvəlcədən emal edin, doğranmalıları doğrayın, çəkilməliləri ət maşınından çəkin, paketləyin və ya konteynerlərə yerləşdirib buz dolabına yerləşdirin.

Qışa tədarük etdikdə bir çox meyvə – tərəvəzləri (bibər, balqabaq, brokkoli, gül kələm, badımcan, kök, limon, zoğal və s.) konservləşdirməkdənsə təmizləyib doğrayaraq porsiyalarla buz dolabına toplamağınız daha yaxşı olar, çünki onlar öz təbii xüsusiyyətlərini qoruyub saxlamış olarlar.

Yay aylarından mümkün qədər faydalı istifadı edin. Meyvə və tərəvəzlərin ucuz satıldığı zaman qışa tədarükünüzü edin şirələr, turşular və s. konservləşdirilmiş məhsulları bacardığınız gədər hazırlayın. Qış aylarında ailəniz üçün bütün bu məhsullar əvəz edilməz olacaq, həmdə büdcənizə xeyir olacaq.

Kartof soğanı xüsusi qaranlıq dolablarda saxlayın ki, onar tez korlanmasınlar. Digər tərəvəzləri soyuducuda saxlamaq tövsiyyə olunur. Göyərtiləri yuyub, qurulayıb xüsusi paketlərdə bir həftəyədək soyuducuda saxlaya bilərsiniz, hətta doğranmış göyərtini bitki yağında buz dolabında saxlaya bilərsiniz.

Doğranmış, paketləşdirilmiş çörək soyuducuda bir neçə gün keyfiyyətini qoruyub saxlayır. Yeməkdən 10 dəqiqə öncə soyuducudan çıxardıqda süfrədə artıq yumşaq şəkildə olur. Çörəyi sobada dilimlənmiş və kiçik hissələrə doğranmış şəkildə də saxlaya bilərsiniz, bu cür çörəyi şorbalarla yemək üçün uyğun olur.

8. Hərdən qaydaları pozmaq olar

Kampaniyalardan yararlanaraq həmişə ailəniz üçün bir neçə növ məzələr alın, bu tumlar, çərəzlər, quru meyvələr, hətta şirin qarğıdalı çubuqları, kreker və çipsdə ola bilər. Az miqdarda onların ziyanı yoxdur, amma hazır yeməyiniz olmadıqda tərəvəz bir variant kimi qəbul edilmədikdə ailə üzvlərinizin fikrini qısa müddətlik onlarla yayındıra bilərsiniz.

Leave a Reply