Türkiyədə təyyarə qəza nəticəsində yaşayış evlərinin arasına düşüb

Türkiyənin Bursa şəhərində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

TIME Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 2 pilot həlak olub.

Qeyd olunur ki, təyyarə Bursanın Osmanqazi rayonunda yaşayış evlərinin arasına düşüb. Qəzadan sonra təyyarənin düşdüyü yerdə yanğın başlayıb.

Qəza nəticəsində sakinlər arasında xəsarət alanların olmadığı deyilir.

İlkin məlumatlara görə, təlim məqsədli uçuş həyata keçirən təyyarə texniki nasazlıqla bağlı qəzaya uğrayıb.

Leave a Reply Cancel reply