“Təsviri sənətə səyahət” adlı satış-sərgi təşkil olunacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Four Seasons Hotel Baku”nun birgə təşkilatçılığı ilə 29 aprel 2022-ci il tarixlərində “Four Seasons Hotel Baku”da “Təsviri sənətə səyahət” adlı satış-sərginin açılış mərasimi təşkil ediləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sərginin təşkilində başlıca məqsəd gənc istedadlara maddi və mənəvi dəstəyin göstərilməsi, onların yaradıcılığının geniş ictimaiyyətə təqdim edilməsidir. Sərgidə rəngkarlıq, heykəltəraşlıq, keramika, qobelen və digər nümunələrin satışı həyata keçiriləcək.

Satiş-sərgi Azərbaycanın yerli koloriti və milli tarixi ənənələrini müasir mədəniyyət ilə vəhdət yaradaraq, yerli auditoriya ilə yanaşı, həm də ölkəmizə gələn turistlərin mədəni istirahəti üçün şərait yaradacaq.

“Təsviri sənətə səyahət” adlı satış-sərgi istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVID-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb edəcək.

Layihə həmçinin ölkəmizdə yaradıcı insanların fəaliyyətinin inkişaf etdirilməsi, dövlət və özəl sektor arasında əlaqələrin genişləndirilməsi, həmçinin rəssamların sosial vəziyyətinin yaxşılaşdırmasına töhfə verəcəkdir. Tədbirdə dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunacaqdır. Sərgi 30 aprel 2022-ci il tarixinədək davam edəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma