Azərbaycan və İsrailin maliyyə sahəsində qarşılıqlı fəaliyyəti genişlənəcək

Aprelin 25-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində ölkəmizdə səfərdə olan İsrailin maliyyə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi məmnunluqla qeyd olunub, iki ölkə arasında iqtisadi-maliyyə, kiber təhlükəsizlik, yeni hesablaşma sistemləri və yeni nəsil ödəniş vasitələri, dövlət maliyyəsinin idarə edilməsi, qabaqcıl təcrübə və texnologiyalar sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Nazir Samir Şərifov israilli həmkarını İsrailin bir neçə gün əvvəl Asiya İnkişaf Bankına üzv qəbul olunması münasibətilə təbrik edib, digər sahələrdə olduğu kimi dövlətlərarası beynəlxalq maliyyə təşkilatları çərçivəsində də Azərbaycan və İsrailin qarşılıqlı fəaliyyətinin genişlənəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Aviqdor Liberman İsrailin Asiya İnkişaf Bankına üzv qəbul edilməsində Azərbaycan tərəfinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.
 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma