Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından dələduzluq edənlərlə bağlı xəbərdarlıq

Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və nazirliyin tabeliyindəki qurumların “facebook” səhifələrinin rəy bölmələrində müraciətlərini qeyd edən ayrı-ayrı vətəndaşlara qarşı istifadəçi adı “Hesen Aqayev”, “Röyalə Kazımlı” və b. olan şəxslər (və ya şəxs) tərəfindən dələduzluq edilməsinə dair məlumatlar daxil olur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, məlumatlarda həmin şəxslərin vətəndaşlarla “facebook”un mesaj bölməsi vasitəsilə əlaqəyə keçərək özünü nazirlik əməkdaşı kimi təqdim etdikləri, müraciətlərinə baxılması (ünvanlı yardım təyinatı, əlillik təyinatı, mənzil növbəsinə qeydiyyat və s.) üçün onlardan əvvəlcə fərdi məlumatlarını, sonrasa xidmət müqabilində müəyyən məbləğdə pul köçürmələri tələb etdiyi, hətta bəzi şəxslərin aldanaraq vəsait ödədiyi bildirilir.

Bununla bağlı vətəndaşların da təqdim etdiyi məlumatlarla birgə müvafiq materiallar aidiyyəti üzrə araşdırılması üçün cinayət təqibi orqanlarına təqdim edilib.

Vətəndaşlara sosial xidmətlərin heç bir halda ödənişli olmadığını bildirir, sosial mediada diqqətli olmağı, ödəniş müqabilində köməklik göstərəcəyini vəd edən dələduzlara inanmamağa çağırırıq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma