Yer Gününün mövzusu: “Planetimizə İnvestisiya”

Beynəlхalq Yer Gününün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında “Ağac günü” kimi qeyd olunmağa başlanılıb. 1970-ci ildən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb. Bu il Yer Gününün mövzusu “Planetimizə İnvestisiya”dır.

“Beynəlxalq Yer Günü” ilə əlaqədar bu gün Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində təmizlik aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, aksiya zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb. Tədbirin sonunda iştirakçılara ETSN-in və BMT-nin İnkişaf Proqramının “İqlim dəyişmələrinə Milli Uyğunlaşma planına dəstək” layihəsi çərçivəsində hədiyyələr təqdim olunub.

“Ətraf mühitin mühafizəsinə, ekoloji problemlərin həllinə diqqəti artırmaq məqsədilə hər il 22 aprel tarixi “Beynəlхalq Yer Günü” kimi qeyd olunur. Biz də Azərbaycanda bu günü qeyd etməklə planetimizin, o cümlədən yaşadığımız diyarın təbii irsinə qayğı göstərilməsinin əhəmiyyətini diqqətə çatdırırıq”.

S.Məmmədova hər kəsi təbiət komplekslərinin – torpağın, dənizin, çayların, meşələrin təmiz qalmasına səy göstərməyə, öz məsuliyyəti çərçivəsində ətraf mühiti böyük bəşəri problemə çevrilən çirklənmədən qorumağa çağırıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma