Xarici dil üzrə fəlsəfə doktoru imtahanı verən iddiaçılara seçim imkanı verilir

Doktorantura səviyyəsində xarici dil üzrə fəlsəfə doktoru imtahanı verən iddiaçılar qeydiyyat zamanı ingilis, alman və fransız dillərindən birini seçə bilərlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 18 mart 2022-ci il tarixli iclasında qəbul edilmiş qərarına əsasən, müvafiq magistratura ixtisaslaşmasını (filologiya, (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə) bitirən, doktorantura və dissertanturada təhsil alan iddiaçılar xarici dil üzrə fəlsəfə doktoru imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ya ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər. İddiaçılar xarici dil üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat zamanı ingilis, alman və fransız dillərindən birini seçə bilərlər.

Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına malik olan iddiaçılar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar. Həmin şəxslər sertifikatlarının notarial qaydada təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə edərək təhsil aldıqları təşkilata təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatları üzrə səviyyələrin xarici dil üzrə fəlsəfə doktoru imtahanı nəticələrinə ekvivalentliyi Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilir.

Nəzərinizə çatdıraq ki, xarici dil üzrə fəlsəfə doktoru imtahanında xarici dil seçimi ilə bağlı məhdudiyyətin götürülməsi hal-hazırda doktoranturada təhsil alan doktorant və dissertantlara şamil olunur.

Doktorantura və dissertanturaya qəbul zamanı isə göstərilən hər hansı bir magistratura ixtisaslaşmasını (filologiya (xarici dil və ədəbiyyat üzrə dilşünaslıq və ya ədəbiyyatşünaslıq), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə) bitirən namizədlər ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma