Nikah hansı qaydada pozulur?

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən hazırlanmış slaydlarda “Nikah hansı qaydada pozulur?” mövzusu ilə bağlı vətəndaşlarımıza izah verilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ər və ya arvad nikahı poz maq istəmədikdə boşanma məhkəmə yolu ilə həyata keçirilir.

Tərəflərdən birinin boşanmaya razılığı olmadıqda ailəyə barışmaq üçün üç ay vaxt verilir, bu müddət ərzində onlar barışmadığı hallda nigah pozulur. Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından bir il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi haqda iddia qaldıra bilməz.

Məhkəmə yolu ilə boşandıqda ümumi uşaqların kiminlə qalması, onların və işləmək qabiliyyəti olmadığı halda ərin və ya arvadın saxlanılması üçün vəsaitin ödənilməsi qaydası və ümumi əmlakın bölünməsi məsələləri məhkəmə qaydasında təqdim edilən saziş əsasında müəyyən edilir.

Leave a Reply Cancel reply