İdxal olunan qida məhsulları üzərində Azərbaycan dilində məlumatlar olmalıdır

İdxal olunan qida məhsulları üzərində Azərbaycan dilində məlumatların olması ilə bağlı qanunvericiliyin tələbləri idxalçı sahibkarların diqqətinə çatdırılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qida məhsullarının əsas idxalçıları ilə videokonfrans formatında görüş keçirilib.

İdxal edilən yeyinti məhsulları üzrə qablaşdırma və etiket tələbləri mövzusuna həsr olunan tədbirdə iştirakçılara yeyinti məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinin təmin edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunması və bu sahədə dövlət nəzarəti funksiyalarının həyata keçirilməsi istiqamətində aparılan işlər haqqında geniş məlumat verilib. Eyni zamanda idxal olunan qida məhsullarının etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğu, bu tələb və qaydalara ciddi şəkildə əməl olunması, xüsusilə idxal olunan qida məhsulları üzərində etiket məlumatlarının Azərbaycan dilində əks olunmasının zəruriliyi bildirilib.

AQTA-nın İdxal və ixraca nəzarət şöbəsinin müdiri Fərid Əliyev qeyd edib ki, Agentlik tərəfindən mütəmadi həyata keçirilən nəzarət tədbirləri zamanı, həmçinin istehlakçılardan daxil olan şikayətlər əsasında bəzi ölkələrdən idxal edilən qida məhsullarının ekspertizası nəticəsində etiket qaydalarının tələblərinə əməl olunmadığı müəyyənləşib və bununla əlaqədar son zamanlar bu istiqamətdə nəzarət tədbirləri daha da gücləndirilib.

Görüşdə sahibkarlara qanunvericiliyin digər tələbləri ilə yanaşı, qida məhsullarının qablaşdırılması və etiketlənməsinə dair tələblərə daha məsuliyyətlə yanaşmalarının vacibliyi vurğulanıb və istehlakçı hüquqlarının pozulması hallarına yol verilməməsi diqqətə çatdırılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma