Yağıntılı hava taxılın inkişafına müsbət təsir göstərib

Şamaxı və Qobustan rayonlarında bu il ümumilikdə 72 min hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bu sahələrin 66 min hektara yaxını suvarılmayan ərazilərdə aparılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qlobal iqlim dəyişikliyi və atmosfer yağıntılarının azalması dəmyə əkinlərə kifayət qədər mənfi təsir göstərir. Bununla belə aqrotexniki qulluq tədbirlərinin düzgün aparılması sahələrdən əvvəlki illərdə olduğu qədər məhsul götürməyə imkan verir. Bu baxımdan hər iki rayonun taxılçı fermerləri sahələrdə texnoloji xəritəyə uyğun olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirməlidir.

Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Şamaxı və Qobustanda fermerlərlə keçirdiyi görüşlərdə deyib. O bildirib ki, taxılçılıqda hazırda ən mühüm aqrotexniki qulluq tədbirlərindən biri gübrələmə prosesini başa çatdırmaq, zərərvericilərə qarşı mübarizə aparmaqdır. Alaq otlarına qarşı mübarizənin vaxtında aparılması məhsuldarlığın aşağı düşməsinin qarşısını alır, yekun nəticədə fermer daha bol məhsul əldə edir. 

Hər iki rayonda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları tərəfindən taxıl sahələrinə mütəmadi baxış keçirilir, monitorinqlər aparılır. Monitorinqlərin nəticələri taxıl sahələrində vəziyyətin qənaətbəxş olduğunu, aqrotexniki qulluq tədbirlərinin vaxtında və düzgün həyata keçirildiyini göstərir.

Eyni zamanda mart-aprel aylarında havaların yağıntılı keçməsi taxılın inkişafına müsbət təsir göstərib. Digər rayonlarda olduğu kimi Şamaxı və Qobustandan olan fermerlər də taxıl sahələrində karbamid gübrəsindən istifadə ediblər və gübrələmə prosesindəki fərqli yanaşma taxılın inkişafına öz müsbət təsirini göstərib. Bildirilib ki, düzgün toxum seçimi, gübrənin sahələrə normativlərə uyğun verilməsi vacibdir və bununla bağlı fermerlər arasında maarifləndirmə işləri il boyu davam edir.

Müzakirələr zamanı taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma