“Maço kimi” komediyasının mətbuata nümayişi keçirilib -VİDEO

Jurnalistlər gərgin iş günündən sonra “Maço kimi” komediyasından çoxlu pozitiv emosiyalar aldılar.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “CinemaPlus” premium kinoteatrında Qazaxıstan istehsalı olunan “Maço kimi” romantik komediya filminin premyeradan öncə mətbuat nümayişi keçirilib.

Filmdə stomatoloq Damir çoxdan gözlədiyi təklif alır: ABŞ-ın nüfuzlu tibb mərkəzində iş. Ancaq anası onu seçim qarşısında qoyur – ya ailə qurub gələcək həyat yoldaşı ilə uçub gedir, ya da ölkədə qalır. Damir xəstəsindən öyrənir ki, müəyyən bir tanışlıq agentliyi var və orada pikap məşqçisi Ardak ona kömək edə bilər. Amma Damir narahatdı, o, belə çətin işin öhdəsindən gələcəkmi? Axı Damirin, cəmi 2 ay vaxtı var.

Filmin rejissoru Bakıcan Ciyenallıdır, baş rolları Dastan Orazbekov, Kamşat Joldıbayeva və Abunasır Serikov ifa edirlər. Yaş həddi 14+ olan film 1 saat 40 dəqiqə davam edir.

Qeyd etmək istəyirik ki, “Maço kimi” filmi yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma