Fasad reklamlarının standartları necə olacaq? – İLKİN NÜMUNƏLƏR

Fasad reklamları standartlarının hazırlanması üçün ADRA-nın təşəbbüsü ilə yaradılan Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları, memar və dizaynerlər, o cümlədən reklamçılardan ibarət birgə komissiyanın növbəti iclası keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Memarlar və Dizaynerlər İttifaqının üzvü, sənətşünaslıq üzrə doktor, professor Elçin Əliyev Bakıdakı binaların təsnifatının müəyyənləşdirilərək elektronlaşdırıldığını, tarixi binalara vurulacaq fasad reklamlarının beynəlxalq təcrübədən bəhrələnərək hazırlanan eskizlərinin hüquqi əsaslarının hazırlandığını bildirib.

Komissiya üzvləri Bakı şəhəri ərazisində tarixi, mədəni, memari dəyərə malik binaların çoxluğu, müasir estetik görüntü və təhlükəsizlik üzrə kompleks tələblərin həyata keçirilməsinin vacibliyini nəzərə alaraq layihə təsdiqlənərsə, ilkin olaraq onun paytaxtda tətbiqini qərara alıblar.

Qeyd edək ki, bu layihə fasad reklam qurğularının müasir tələblərə cavab verən estetik görünüşü və təhlükəsiz istismarına nəzarəti təkmilləşdirmək, onların yenilənən şəhər infrastrukturu ilə ahəngini təmin etmək məqsədilə həyata keçirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma