Azərbaycan Prezidenti elm xadimlərini və diaspor nümayəndələrini xidmətlərinə görə təltif edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutularaq xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Dostluq” ordeni ilə

Əliyev Eldar Ağabala oğlu

Əliyeva Adilə Seyfulla qızı

Krapivin Oleq Andreyeviç

Məmmədov Əmirullah Məmmədəli oğlu

Nisanov Qod Semyonoviç

Şıxlinski Şahin Mütvəli oğlu

“Tərəqqi” medalı ilə

Abdullayev Çingiz Əli oğlu

Abdullazadə Xatirə Sərdar qızı

Avşarov Rauf Muxtar oğlu

Bağırova Frəngiz Arif qızı

Cavadova-Spitsberq Cəmilə Cəlil qızı

Əhmədov İlham Ənvər oğlu

Həsənov İmamyar Fikrət oğlu

Qayıblı Xaqani İsmayıl oğlu

Qonçarova-İoffe Kamelliya Kamal qızı

Muradov Nazim Zirəddin oğlu

Nəcəfov Hacalı Nəcəf oğlu.

Dövlət başçısının digər Sərəncamına əsasən, elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Məsud Arif oğlu Əfəndiyevə və Qərib Novruz oğlu Mürşüdova “Əməkdar elm xadimi” fəxri adı verilib.

Azərbaycan Prezidenti eyni zamanda Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Bəxtiyar Qulu oğlu Kərimov və Yaşar Balabəy oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqda Sərəncam imzalayıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma