Sabah hava küləkli və yağıntılı olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 33 m/s-dək güclənəcəyi gözlənilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sabah gün ərzinədə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bu gün axşamdan 22-si səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-11° isti olacaq.

Leave a Reply Cancel reply