FHN təhlükəsizliyə nəzarətin təmin edilməsi məsələlərini müzakirə edib

20 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə iclas keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazirliyin səlahiyyətlərinə aid təhlükəsizliyə nəzarət məsələlərinin müzakirəsinə həsr olunmuş iclasda FHN-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak edib.

İclasda çxış edən nazir Kəmaləddin Heydərov FHN-in fəaliyyət istiqamətlərinə uyğun olaraq əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətindən, xüsusilə ticarət, xidmət, istehsal sahələrində aidiyyəti üzrə təhlükəsizliyə nəzarətin təmin edilməsi məsələlərindən danışıb. Bu məqsədlə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayan nazir həlli vacib məsələləri qeyd edib.

Sonra Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma