Ali təhsilin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi davam edir. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Portal.edu.az vasitəsilə həyata keçirilən proses mayın 5-də başa çatacaq.  

Sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari və növbəti addımları izləyə bilərlər. 

 Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak etmək imkanı əldə edəcəklər.

 Qeyd edək ki, tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər.

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə tələbə qəbulu ilə bağlı ən çox soruşulan suallar və onların cavabları 

Ali təhsil müəssisələrinə doktorant qəbulu üzrə e-müraciət sistemi təlimatı

Doktoranturaya (vətəndaş və əcnəbi) qəbulun elektron qeydiyyatı

Leave a Reply Cancel reply