7 minədək şəxsə əlillik və sosial ödənişlər təyin olunub

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci rübü ərzində
6955 şəxsə əlillik təyin edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, onlardan 3037-nə ilkin, 3918-nə təkrar əlillik təyinatı aparılıb.

Qeyd edilən dövrdə əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə
çoxdur.

Təyinatlar tibb müəssisələri tərəfindən “Əlillik” altsisteminə daxil edilən göndərişlər əsasında,
obyektiv və şəffaf şəkildə, göndərişlərdəki diaqnozların əlillik dərəcəsi təyin edilməsinə əsas
yaratması nəzərə alınmaqla həyata keçirilib.

Əillik təyin edilmiş hər bir şəxsə əlilliyə görə sosial ödənişlərin də e-sistem üzərindən
proaktiv qaydada təyinatı aparılıb.

Leave a Reply