Taxıl istehsalçıları və emalçıları ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) taxıl istehsalçıları və emalçıları ilə görüş keçirib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə AQTA sədri Qoşqar Təhməzli taxıl istehsalı və idxalı sahəsində görülən işlər, bu sahədə ölkəmizin idxal tələbləri, idxal zamanı taxılda aşkarlanan zərərli orqanizmlər və onlarla mübarizə üsulları barədə iştirakçılara məlumat verib. Bildirilib ki, ölkənin fitosanitar vəziyyətinin sabit saxlanılmasında sahibkarların üzərinə xüsusi məsuliyyət düşür. Sahibkarlara verilən dövlət dəstəyi və təlimatlar əsasında son illərdə işlərin daha səmərəli qurulduğu və yüksək nəticələrin əldə olunduğu diqqətə çatdırılıb. Eyni zamanda sahibkarlar icazə sənədlərinin alınması ilə bağlı öz məmnunluqlarını ifadə ediblər.

Daha sonra taxıl istehsalı, idxalı və emalı sahəsində fəaliyyət göstərən sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Leave a ReplyCancel reply