Sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17% artıb

Sosial-iqtisadi islahatların müsbət nəticələri əhalinin sosial sığorta sistemində
iştirakının genişlənməsi ilə yanaşı, sosial sığorta daxilolmalarının davamlı artımına da şərait
yaradıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Sosial Müdafiə Fonduna bu ilin ilk rübündə məcburi dövlət sosial sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artaraq 1 mlrd. 46,7 mln. manat təşkil edib.

Artım büdcə təşkilatları üzrə 13,4 faiz və ya 45,7 mln., qeyri-büdcə təşkilatları üzrə
19,2 faiz və ya 106,3 mln. manat olub.

Leave a Reply Cancel reply