Bunu Ekologiya və təbii sərvətlər nazirliyi tərəfindən Qarabağa təşkil olunan media tur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, işqaldan azad olunmuş ərazilərdə 11 avtomat hidroloji stansiyadan 4-ü Ermənistanla sərhəddən 10.01 km məsafədə Şayıflı kəndi ərazisində Oxçuçay , 2.65 km məsafədə Zəngilan rayonun Rəzdərə kəndi ərazisində Bəsitçay, və 6.5 km məsafədə Qubadlı rayonunun Əliquluuşağı kəndi ərazisində Bərgüşad çayları , o cümlədən 6.2 km əsafədə Ağbənd qəsəbəsində Araz çayı üzərində quraşdırılır.
Qonşu ölkələrin ərazilərindən keçərək Respublikamıza daxil olan bu çaylarda transhərhəd çirklənmənin onlayn şəkildə müəyyən edilməsi məqsədilə keyfiyyət sensorları ilə təchiz olunmuş avtomat hidroloji stansiyaların quraşdırılması prosesi davam edir və cari ilin II rübündə işlər tamamlanacaq.
Onlayn şəkildə suyun keyfiyyətinin nəzarətinə imkan verəcək: pH-sensoru -ilkin olaraq suyun təbii mühitinin dəyişməsi, Oksigen sensoru- suyun çirklənməsi nəticəsində oksigen rejiminin pozulması(əsasən bioloji proseslərlə bağlı)olaraq, Elektrik keçiriciliyi sensoru isə suyun hansı mənşəli maddələrlə (əsasən üzvi birləşmələrlə) çirklənməsi barədə ilkin məlumatların əldə edilməsinə şərait yaradacaq.
Qeyd etmək lazımdır ki, stansiyalarda suyun temperaturunun və su sərflərinin avtomat rejimdə ölçülməsi çirklənmənin mənşəyinin təyinində və çirklənmə yükünün hesablanmasında mühim rol oynayacaqdır.
Əvvəllər hidroloji və suyun keyfiyyətinə dair monitorinq müəyyən edilmiş vaxtlarda aparılırdı bu isə yalnız ölçmə zamanı su obyektlərinin hidrokimyəvi vəziyyətini qiymətləndirməyə imkan verirdi.
Lakin ölçmə müddətləri arasında hərhansı bir fövqal və qısamüddətli çirklənmə baş verərkən onu qeyd etmək mümkün olmurdu.
Quraşdırılacaq avtomat stansiyalar isə istənilən anda həm çayların hidroloji rejimini, həm də suyun keyfiyyətindəki dəyişiklikləri fasiləsiz olaraq izləmək və vaxtlı- vaxtında lazımi tədbrlər görmək imkanı verəcəkdir. Müvafiq təşkilatlar üçün məlumat əldə edilməsində əlçatanlıq təmin ediləcək