İkinci Dünya müharibəsi iştirakçılarına 1500 manat birdəfəlik yardım ödəniləcək

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və
sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 4500-ə yaxın şəxsə şamil olunacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Prezident İlham Əliyevin imzaladığı yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 19 aprel 2022-ci il tarixli Sərəncam həmin kateqoriyadan olan vətəndaşlara dövlət başçısının yüksək diqqət və qayğısının növbəti təzahürüdür.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü ilə əlaqədar
həmin müharibənin iştirakçısı olmuş 96 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik
yardım ödəniləcək.

Həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin
dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud
döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün
tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə
Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər,
habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 4395 nəfərin hər birinə isə 750
manat məbləğində birdəfəlik yardım veriləcək. Beləliklə Sərəncam 4500-ə yaxın şəxsi əhatə edəcək.

Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının
2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat
fondundan 3,5 milyon manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardım İkinci
Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

Leave a Reply