Həmyerlisini öldürən şəxs saxlanılıb

Aprelin 18-i saat 23 radələrində Samux rayonu, İstixana qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Sadıqovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmyerlisi, 1973-cü il təvəllüdlü Habil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elşən Sadıqovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə  əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Habil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma