Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri və nümunəsi təsdiq edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fərman Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun icrası ilə əlaqədar imzalanıb. qərara alıram:

Fərmana əsasən “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri” və “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi” təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

Leave a ReplyCancel reply