BVF Azərbaycanda illik inflyasiya ilə bağlı proqnozunu yeniləyib

2022-ci ildə Azərbaycanda inflyasiya 12,3 faiz səviyyəsində proqnozlaşdırılır.

TIME Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook” hesabatında məlumat verilib.

Proqnoza əsasən, 2023-ci ildə bu göstərici 8,7 faiz səviyyəsində olacaq.

Qeyd edək ki, 2022-ci ilin martında Azərbaycanda qeyri-ərzaq inflyasiya 6,6 faizədək, xidmətlər üzrə inflyasiya 10 faizədək çatıb. Ərzaq inflyasiyası 16,8 faiz təşkil edib.

Leave a Reply