“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində İT siniflərin sayı artırılır

2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yeni informatika təmayüllü X siniflərin açılması nəzərdə tutulur. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu siniflərdə keçirilən dərslərin əsas məqsədi şagirdlərin intensiv metodikalarla İT peşələrinə hazırlanmasıdır. Sözügedən siniflərdə informatika fənni həftədə 5 dəfə tədris ediləcək.

Dərslərdə şagirdlərə “Python” üzrə alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələrin öyrədilməsi nəzərdə tutulub. Dərslər bu istiqamətlər üzrə təlim keçmiş müəllimlər tərəfindən tədris ediləcək. 

İnformatika təmayüllü siniflərdə tədris almağın üstünlüyü informatika fənni üzrə qəbul imtahanlarına şagirdlərin daha hazırlıqlı və proqramlaşdırma dilləri üzrə praktiki bacarıqların əldə etmə imkanının olmasıdır.  

Qeyd edək ki, cari tədris ilində respublikanın dörd şəhərində 11 məktəbin X siniflərində pilot “İT sinifləri”nə start verilib. Bu siniflərdə Bakı, Sumqayıt, Gəncə və Mingəçevir üzrə Azərbaycan və rus bölmələrindən olan 316 şagird təhsil alır. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma