Qardaşını öldürməkdə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərilib

28 dekabr 2021-ci il tarixdə radələrində Saatlı rayonu Qıraqlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevin qəsdən öldürülməsi  faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq tamamlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aparılıb istintaqla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin Abdulrəhman Əliyevə məxsus evin girişində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı sonuncunun arvadının gözü qarşısında  bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Arif Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Leave a Reply Cancel reply