PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsinə başlanılıb

Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aprelin 18-dən başlayan qiymətləndirmə Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Ötən il sınaq mərhələsi keçirilmiş bu tədqiqatın əsas mərhələsində Bakı üzrə 180 ümumi təhsil müəssisəsindən 8000-ə yaxın şagirdin iştirakı planlaşdırılıb. Proses xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilir. 

Qeyd edək ki, ölkəmizdə PISA tədqiqatı 2018-ci ildən kompüter əsaslı şəkildə həyata keçirilir.

PISA (Programme for International Student Assessment) – Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma