“Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi akkreditasiyadan keçib

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat kimi qeydiyyatdan (akkreditasiyadan) keçmək üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müraciətlə əlaqədar ictimai birlik tərəfindən təqdim olunan sənədlərin müəllif-hüquq qanunvericiliyinə uyğun şəkildə təhlil edilməsi məqsədilə Agentlikdə Akkreditasiya Komissiyası yaradılib.

Bu günlədrə Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının iclasında ictimai birliyin müraciətinə müsbət rəy bildirilib. Komissiyasının üzvlərinin yekdil rəyinə əsasən, “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin 5 (beş) il müddətinə qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi barədə qərar qəbul edilib.

Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı (akkreditasiyası) haqqında şəhadətnamə Agentliyin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov tərəfindən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin İdarə Heyətinin sədri Murad Babayevə təqdim edilib.

Qeyd edək ki, “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliynin əsas fəaliyyəti ifaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirmək və onların hüquqlarını qorumaq və təmsil etmək, o cümlədən ifalar, fonoqramlar və verilişlərin istifadəsinə görə qonorarların toplanılmasını və bölüşdürülməsini təmin etməkdir.

Leave a Reply Cancel reply