İranın “Roma şahzadəsi” cizgi filmi Azərbaycan dilində kinoteatrlardadır – VİDEO

Kinoteatrlar şəbəkəsində aprelin 16-dan İran istehsalı olan “Roma şahzadəsi” cizgi filmi Azərbaycan dilində nümayiş ediləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, cizgi filmi ilk dəfə 33-cü Fajr Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Animasiya həmçinin ərəb dilində dublyaj edilib və İraq, Küveyt, Livan və bəzi digər Yaxın Şərq ölkələrində yayımlanıb.

“Roma şahzadəsi” cizgi filmində 40 personaj iştirak edir, onların yaradılmasında 100-ə yaxın mütəxəssis iştirak edib.

Yaş həddi 6+, müddəti 90 dəqiqə olan cizgi filminin rejissoru Hadi Muhəmmədidir.

“Roma Şahzadəsi” xristian şahzadə Məlikanın enişli yoxuşlu həyatını sərgiləyən bir animasiya filmidir. Məlika ata tərəfdən İsa peyğəmbərin caneşini Yuşanın, ana tərəfdən isə Roma imperatorunun nəvəsi hesab olunur. Bir zamanlar dünyanın Qərbində şahzadə olaraq yaşayan Məlikanın Şərq torpaqlarına kölə olaraq gətirilmə hadisəsində olduqca faydalı ibrətlər yatmışdır.
“CinemaPlus” hər zaman balaca tamaşaçılara xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Leave a ReplyCancel reply