Gələn il “AVRO-5” standartlı benzin istehsalı başlanacaq

Azərbaycanda 2022-ci ilin birinci yarısında “AVRO-5” standartlarına uyğun dizel yanacağının, 2023-cü ilin ortalarından etibarən “AVRO-5” standartlı benzin istehsalının başlaması nəzərdə tutulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, SOCAR-ın “Downstream Management” şirkətinin Baş direktorunun müavini Emil Alxaslı Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) “Modernizasiyası və yenidənqurulması” layihəsinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, NEZ-in modernləşdirilməsi üzrə işərə 2026-cı ilədək davam etməsi planlaşdırılır.

“Layihə çərçivəsində tikinti işlərinin birinci mərhələsini 2023-cü ilin sonunadək başa çatdırmaq planlaşdırılır”, – E.Alxaslı deyib

Leave a Reply