Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşımaların həcminin artırılması müzakirə olunub

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkəmizdə səfərdədir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, səfər çərçivəsində Levan Davitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib.

Görüşdə ötən həftə Tbilisidə keçirilmiş müzakirələrin davamı olaraq nəqliyyat və İKT sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İki ölkə arasında əməkdaşlığın əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşımaların həcminin daha da artırılması müzakirə olunub.

Eyni zamanda ölkələrimiz arasında tranzit potensialının inkişafının vacibliyi vurğulanıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma