Mirbala Səlimli: Müsabiqələrin mexanizmi dəqiq qurulmasa ssenaristlərin inamı itir

Rejissor Mirbala Səlimli Azərbaycan incəsənətinin, xüsusilə teatrın və kinonun durumundan bəhs edib.

TIME bildirir ki,  teatr və kino rejissoru Mirbala Səlimli müsahibələrdən birində kinorejissorları, ssenaristləri ruhdan salan amillərdən bəhs edib.

Kino ilə bağlı olan məqamlarda diqqət II Qarabağ müharibəsində Azərbaycan xalqının möhtəşəm zəfərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətini, Azərbaycan ordusunun sücaət və qəhrəmanlığını əks etdirən filmlərin hələ də çəkilməməsinə yönəlib.

Mirbala Səlimli əminliklə qeyd edib ki, Qarabağ müharibəsi ilə bağlı çox ssenarilər yazılır: “Özü də bir aspektdən deyil. İşğala məruz qalmış şəhərlər, əsgərlərimizin taleyi, zəfəri, şücaəti haqqında ssenarilərin yazıldığından xəbərim var. Elə mən də bu hadisələri əks etdirən ssenari yazmışam”.

Rejissor ssenarilər yazılsa da, ekranlara gəlmədiyi ilə bağlı fikrə münasibət bildirərək deyib ki, istehsalat gecikir: “Məncə, istehsalat bu baxımdan gecikir. Filmin çəkilişi üçün böyük vəsaitlər lazımdır, bu heç kimə sirr deyil. Bu mənada ləngimə gözəçarpacaq dərəcədədir. Əvvəlki müsabiqədə Qarabağ haqqında ssenarim qalib gəldi. Amma təəssüf ki, istehsalata buraxılmadı. Vəzifədə olan adamlar dəyişdi. Kinomuzdakı qəribəliklərdən biri budur. Mənə elə gəlir, müsabiqə elan olunmalı, mexanizm dəqiq qurulmalıdır. Əgər müsabiqələrin mexanizmi dəqiq qurulmasa kinorejissorların, ssenaristlərin inamı itir. Heç kimin yenidən müsabiqəyə ssenari verməyə həvəsi olmur”.

Müsabiqələrin keçirilməsi çox yaxşı hal olduğunu və bunun davamlı olmasına diqqəti çəkən rejissor onu da əlavə edib ki, müsabiqələrin mexanizmi dəqiq işlənməlidir: “Elə işlənməli və nəzarət edilməlidir ki, müəlliflərdə inam yaransın. Onlar inanmalıdırlar ki, ssenari hər hansı müsabiqədə qalib gəlsə, deməli, çəkiləcək. Bu mənada çatışmayan cəhətlər çoxdur. Kinomuzda son illərdə çox sürətlə dəyişikliklər baş verir. Mütəxəssislər dəyişir, studiya rəhbərləri dəyişir. Bu dəyişmələr çaşqınlıq yaradır”.

Mövcud problemlərə baxmayaraq rejissor Azərbaycan kinsounun gələcəyinə ümid bəsləyir: “İnanıram ki, bu ildən etibarən kinoya yeni nəfəs gələcək, müxtəlif mövzularda: Qarabağ zəfərimiz, qəhrəman döyüşçülərimiz haqqında filmlər çəkiləcək. Müsabiqələr keçirmək ən doğru yoldur. Amma yenə də deyirəm, işə sona qədər nəzarət həyata keçirilməli və nəticə olmalıdır”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma